Narkoman qadının qabağını kəsib... - POLİS HƏRƏKƏTƏ KEÇDİ
20 oktyabr 2021 01:48 (UTC +04:00)

Narkoman qadının qabağını kəsib... - POLİS HƏRƏKƏTƏ KEÇDİ

Mingəçevirdə qadın narkotik aludəçisinin hücumuna məruz qalıb. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Üzeyir Hacıbəyov küçəsi 90 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, narkotik istifadəçisi olan şəxs qarşısına çıxan 1984-cü il təvəllüdlü şəhər sakini İsmayılova Elnurə Nazim qızına müxtəlif bədən xəsarətləri yetirib.

Zərərçəkən baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. E.İsmayılovaya zəruri tibbi yardım göstərilib. Hadisənin səbəbləri dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır. 
 

# 1515
avatar

Oxşar yazılar