Minalanmış sahəyə   keçəndə tutuldular
30 dekabr 2021 11:05 (UTC +04:00)

Minalanmış sahəyə keçəndə tutuldular

İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb.
  
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə nəzarət postlarından kənar yollarla və müvafiq icazəsi olmadan keçən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların Laçın rayon sakinləri – Qurban Həşimov və Cavanşir Qurbanov olduqları müəyyən edilib.
 
Xəbərdarlıqlara baxmayaraq, minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə inzibati qaydada C.Qurbanov 10 gün müddətinə həbs, Q.Həşimov isə cərimə edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476
avatar

Mehman Nəbiyev

Oxşar yazılar