Dekabrın 27-də Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqdakı mağazaların birindən 1200 manat dəyərində qızıl boyunbağı oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsi və Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş T.Təyyar saxlanılıb.