Mənzillərə sahib olmaq üçün qayınanasını qantellə öldürdü
06 iyul 2023 11:07 (UTC +04:00)

Mənzillərə sahib olmaq üçün qayınanasını qantellə öldürdü

Gəlin iki mənzilə sahib olmaq üçün qayınanasını qantellə öldürüb.

Lent.az xarici mediyaya istinadən xəbər verir ki, hadisə Rusiyada baş verib. Yaşlı qadının iki mənzilinə sahib olmaq üçün törədilmiş qətlin üstü 20 ildən sonra açılıb. 62 yaşlı qadını gənc gəlini öldürüb, sonra isə meyitdən təkbaşına xilas olub. Mərhumun oğlu da tezliklə müəmmalı şəkildə dünyasını dəyişib.

Hadisənin detallarını araşdırarkən məlum olub ki, poliklinikada tibb bacısı işləyən qadın məkrli gəlininin əli ilə dünyasını dəyişib. Onun yeganə oğlu ruhi xəstəlikdən əziyyət çəkirdi. Ancaq xəstəliyə baxmayaraq, gənc oğlan bir qızla münasibət qurur və bu münasibətdən bir qızları dünyaya gəlir. Daha sonra cütlük nikaha girir. Sağlam olmayan gəncin anası onun seçimindən razı deyildi. O, gəlinin eqoist məqsədlərlə evləndiyinə inanırdı. Gəlin uşaqdan da imtina etməyə hazırlaşırmış. Qərarlı qadın məhkəmə yolu ilə oğlunun əmək qabiliyyəti olmamasına, nikahın qondarma kimi tanınmasına nail olub. Bundan sonra artıq gəlininin Kaxovka küçəsindəki mənzildən çıxarılması və atalığın etibarsız sayılması prosesinə başlayır.

Qayınana və gəlin arasında münaqişələr çox tez-tez baş verirdi. Bir dəfə də mübahisənin qızğın vaxtında tibb bacısının gəlini və qızına qarşı qaz balonundan belə istifadə etdiyi iddia olunur. Nəticədə gəlin kirayə mənzilə köçür. Bu hadisələrdən sonra qaynananı öldürmək üçün qorxunc detallar hazırlamağa başlayıb.

Təqsirkarın özü hər şeyin təsadüfən baş verdiyini iddia edir. 2002-ci ilin aprelində bir gün qayınanası mənzillə bağlı keçiriləcək məhkəmə prosesinin təfərrüatlarını müzakirə etmək üçün yenidən onun evinə gəlir. Mübahisə yenidən başlayıb və gənc qız qəzəblə qayınanasının başına qantellə bir neçə zərbə endirib. Lakin müstəntiqlər baş verənlərin əsl mənzərəsini aça biliblər.

Qız qətldən sonra həyatını yaxşılaşdıra bilməyib. Düzdür, o, arzuladığı mənzillərə sahib olub. Belə ki, keçmiş əri tezliklə qəribə şəraitdə gölməçədə boğuldu və onun kiçik qızı yeganə varis oldu. Lakin qadın alkoqoldan, narkotikdən sui-istifadə etməyə başladı. O, valideynlik hüquqlarından məhrum edildi və sonradan dələduzluqda mühakimə olundu. Bütün baş verənlərdən sonra o, yenidən evlənib normal həyatına davam etmək istəsə də, keçmiş ondan əl çəkmədi.

Hazırda sübutlar bazasının toplanması və möhkəmləndirilməsi istiqamətində istintaq hərəkətləri aparılır. Tezliklə qadına qarşı ittiham irəli sürüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1752
avatar

Xədicə Novruzova

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46