Rusiyanın Moskva vilayətində polis 29 yaşlı tarix müəllimini 15 yaşlı məktəbli qızla intim münasibətdə olduğu üçün saxlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, ona qarşı Cinayət Məcəlləsinin 135-ci (“əxlaqsız hərəkətlər”) maddəsi ilə cinayət işi açılıb.
Məlumata görə, anası qızının telefonunu yoxlamaq qərarına gəlib və uşağın keçmiş müəllimi ilə səmimi yazışdığını aşkar edib. Məktəbli qız kollecdə təhsil almağa başlayandan sonra bir kişi ilə ünsiyyətə başladığını söyləyib. Bir zaman artıq onlar açıq-saçıq fotoşəkillər mübadiləsi aparmağa və gizli görüşlərə getməyə başlayıblar. Bu müddət ərzində müəllim qızı öpüb və onun özəl hissələrinə toxunub.
Saxlanılan şəxs 4 ildir ki, Moskva yaxınlığındakı liseylərdən birində tarix, ictimai elmlər və coğrafiya müəllimi işləyirmiş.