Türkiyədə şagird intihar edib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə Diyarbəkirdəki Bismil Fateh Anadolu liseyində baş verib. Ayaqyoluna getmək üçün müəllimdən icazə alan 11-ci sinif şagirdi 16 yaşlı D. Reyhan dəhlizdə odlu silahla başına atəş açıb.
Silah səsinə sinifdən çıxan müəllim və şagirdlər dərhal təcili tibbi yardıma və polisə məlumat veriblər. Hadisə yerinə gələn həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Liseyin həyəti
Liseyin dəhlizi
Hadisə baş verən yer