Məktəbdə ŞOK OLAY:  Qarabağ qazisi xadiməni öldürdü - YENİLƏNİB
11 fevral 2022 15:02 (UTC +04:00)

Məktəbdə ŞOK OLAY: Qarabağ qazisi xadiməni öldürdü - YENİLƏNİB

 

İsmayıllıda qətl törədən şəxs saxlanılıb.

Rayon Prokurorluğundan Lent.az-averilən məlumata gör, fevralın 11-i İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbin həyətində 40 yaşlı Gülarə Qəhrəmanovanın öldürülməsi faktı ilə bağlı məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 25 yaşlı Bəxtiyar Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülarə Qəhrəmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəxtiyar Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

***

12:46

İsmayıllı rayonunda törədilən qətllə bağlı bəzi faktlar məlum olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu gün Basqal kənd tam orta məktəbində baş verib.

Məktəbin gözətçisi vəzifəsində çalışan kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu aralarında baş verən dava zamanı məktəbin xadiməçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayıb. Ağır bədən xəsarətləri alan Gülarə Qəhrəmanova çoxlu qan itirdiyi üçün hadisə yerində dünyasını dəyişib.

Məlumata görə Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var.

Qətli törədən Bəxtiyar Əhmədli isə Vətən müharibəsi qazisidir. O, Qubadlı, Füzuli, Cəbrayılın işğaldan azad olunmasına görə və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Qətli törədən Bəxtiyar Əhmədli sözügedən məktəbdə mühafizəçi işləyirmiş. O hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

saat 12:31

İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə bu gün Basqal kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin gözətçisi vəzifəsində çalışan kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu aralarında baş verən dava zamanı məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayıb. Ağır bədən xəsarətləri alan Gülarə Qəhrəmanova çoxlu qan itirdiyi üçün hadisə yerində keçinib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var. Qətli törədən Bəxtiyar Əhmədli hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8313

Oxşar yazılar

Dünən bank kartlarından 20 minə yaxın  pul oğurlanıb

Dünən bank kartlarından 20 minə yaxın pul oğurlanıb

13 iyun 2025 , 12:18
Ağdamda insan sümükləri  tapıldı

Ağdamda insan sümükləri tapıldı

13 iyun 2025 , 11:03
Bakıda kişi yola benzin tökdü, özü də yandı

Bakıda kişi yola benzin tökdü, özü də yandı

13 iyun 2025 , 10:49
Avropa onu Azərbaycana təhvil verdi

Avropa onu Azərbaycana təhvil verdi

13 iyun 2025 , 10:07
Xəstə uşaq şəkilləri  ilə pul yığırdı, saxlanıldı - VİDEO

Xəstə uşaq şəkilləri ilə pul yığırdı, saxlanıldı - VİDEO

13 iyun 2025 , 10:06
Bakıda maşın kişinin üstündən keçdi

Bakıda maşın kişinin üstündən keçdi

13 iyun 2025 , 09:50
Yardımlıda traktor aşdı,  sürücü öldü

Yardımlıda traktor aşdı, sürücü öldü

13 iyun 2025 , 09:25
Bakıda minik maşını avtobusla toqquşdu

Bakıda minik maşını avtobusla toqquşdu

13 iyun 2025 , 02:57