Bakıda idman kompleksində faciəli hadisə baş verib.
Lent.az- ın məlumatına görə, hadisə "MEGACITY" Fitness və Spa mərkəzində qeydə alınıb.
Yasamal rayon sakini, 2019-cu il təvəllüdlü Gülay Məmmədli dünən axşam saatlarında kompleksin hovuzunda boğulub.
Azyaşlı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.