Türkiyənin Bursa şəhərində qəribə oğurluq olub.
Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, hadisə dekabrın 19-da baş verib. Mağazaya oğurluğa girən şəxs kassanı axtarmağa başlayıb. Bu zaman pul ilə yanaşı şkafdan Türkiyə bayrağını da götürüb. Oğru bayrağı öpüb, pulalrı isə götürərək qaçıb.
Bu anlar mağazanın təhlükəsizlik kamerasına yansıyıb.
Faktla bağlı polis araşdırmalara başlayıb.