Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynovun işğaldan azad olunan Füzuli rayonuna qanunsuz keçməsi ilə bağlı yoxlamalar başlanılıb.
Lent.az-ın məlumatına görə, xidməti yoxlamalar müğənni və digər şəxsin Füzulidə keçdiyi ərazilərdə aparılır.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov Lent.az-a təsdiqləyib.
Qeyd edək ki, müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov Füzuli aeroportuna qanunsuz keçdikləri üçün hər biri 15 sutka həbs olunublar.