Lerikdə kişi arvadını güllələdi
09 sentyabr 2024 10:55 (UTC +04:00)

Lerikdə kişi arvadını güllələdi

Lerikdə silahlı insident olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Zövnə kəndində qeydə alınıb. 

Kənd sakini, 32 yaşlı Cəfər Cəfərov həmyaşıdı olan arvadı M.Əliqismət qızını güllələyib.

Saxlanılan C.Cəfərov arvadını qəsdən güllələmədiyini bildirib.

O qeyd edib ki, məqsədi arvadını qorxutmaq olub. Bu məqsədlə tüfəngdən yerə atəş açıb və nəticədə silahdan çıxan qırma arvadının kürək nahiyəsinə dəyib.

C.Cəfərovdan qanunsuz saxladığı 1 ədəd “İJ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4077
avatar

Oxşar yazılar