Yanvarın 10-da saat 12 radələrində Lənkəran rayonu, Digah kənd sakini A.Bağırov idarə etdiyi "Hyundai" markalı yük avtomobilini Lerik rayonu ərazisində Piran-Hamarat yolunda geriyə hərəkət etdirərkən Piran kənd sakini Əliməmməd Məmmədovu vurub.
Daxili İşlər Nazirliyin-dən Lent.az-a bildirilib ki, Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi rayon Xəstəxanasında ölüb.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
22.19
Lerikdə ölümlə nətcələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə axşam saatlarında Lənkəran-Lerik yolunda, Lerik rayonunun Piran kəndi ərazisində baş verib.
Yük avtomobili geri hərəkət edərkən Piran kənd sakini, 64 yaşlı Əliməmməd Ayaz oğlu onun altında qalıb. O, ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.