Laçında bədbəxt hadisə baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb.
28 yaşlı Rəsulov Zəka Rəsul oğlu ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan gənc Gəncəyə xəstəxanaya aparılanda yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.