Kütləvi dava zamanı polisi bıçaqladılar
25 aprel 2024 16:44 (UTC +04:00)

Kütləvi dava zamanı polisi bıçaqladılar

Rusiyanın Kazan şəhərind hüquq-mühafizə orqanının əməkdaşı davanı dağıtmaq istəyərkən qarnından bıçaqlanıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, Profsoyuznaya və Universitetskaya küçələrinin kəsişməsində gənclər arasında dava baş verib. Patrul polisi davanı görüb və müdaxilə etmək istəyib. Bu zaman dava iştirakçılarından biri polisin qarnına bir neçə bıçaq zərbəsi vurub.

Polisi vuran hadisə yerindən qaçmağa çalışsa da, tez bir zamanda başqa bir qrup tərəfindən saxlanılıb.

Xəsarət alan polis məmuru xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3618
avatar

Oxşar yazılar