Külək dam örtüyünü ELEKTRİK ŞİTİNƏ ÇIRPDI:  Küçədəki evlər işıqsız qaldı - FOTO
10 noyabr 2021 23:51 (UTC +04:00)

Külək dam örtüyünü ELEKTRİK ŞİTİNƏ ÇIRPDI: Küçədəki evlər işıqsız qaldı - FOTO

Bakının Yasamal rayonunda külək iki mərtəbəli evin dam örtüyünü uçurub.

APA xəbər verir ki, hadisə Mirzə Cabbar Məmmədzadə küçəsində baş verib.

Güclü külək nəticəsində Mirhəsən Həsənzadəyə məxsus ikimərtəbəli yaşayış evinin dam örtüyü uçub.

Uçan dam örtüyü qonşuya məxsus həyətə, digər hissəsi isə küçədə yerləşən elektrik dirəyi və naqillərə çırpılıb. Nəticədə küçədə yerləşən evlər elektrik enerjisiz qalıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

# 2127
avatar

Oxşar yazılar