Ağdaşda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Ağdaş rayon Polis Şöbəsinə Aşağı Ləki kəndi ərazisində 3 nəfərin kənd sakini S.Soltanovu döyərək 1800 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri F.Nəbiyev, T.Qasımov və Z.Mirhəsənov müəyyən edilərək saxlanılıblar.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə F.Nəbiyev və Z.Mirhəsənovun noyabrın 21-də kənd sakini olan bir qadını hədələyərək 1000 manat pul tələb etmələri də müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.