Keçmiş məhkumdan tapança götürüldü-FOTO
08 iyun 2023 08:34 (UTC +04:00)

Keçmiş məhkumdan tapança götürüldü-FOTO

Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Orxan Abdullayev saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Wolter P-38” markalı tapança, həmin silaha aid  2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

# 1053
avatar

Oxşar yazılar

Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27
Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43
Bakıda evdə PARTLAYIŞ:  ölən var

Bakıda evdə PARTLAYIŞ: ölən var

19 aprel 2024 , 13:04
Bakıda yeniyetmə qız binadan yıxıldı

Bakıda yeniyetmə qız binadan yıxıldı

19 aprel 2024 , 12:02
Hamilə qadınların işə götürülməsi qaydası necədir?  – CAVAB 

Hamilə qadınların işə götürülməsi qaydası necədir? – CAVAB 

19 aprel 2024 , 11:36
Bakıda marketlərdən   oğurluq edən saxlanıldı

Bakıda marketlərdən oğurluq edən saxlanıldı

19 aprel 2024 , 10:52
Gəncədə qəzada yaralanan kişi öldü

Gəncədə qəzada yaralanan kişi öldü

19 aprel 2024 , 10:08
BDU-nun tələbəsi intihar etdi

BDU-nun tələbəsi intihar etdi

19 aprel 2024 , 09:20