Sabirabadda kafedən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumatda bildirilir ki, hadisə rayonun Bulaqlı kəndi ərazisindəki kafelərin birində qeydə alınıb. Obyektdən 860 manat pul və spirtli içki oğurlanıb.
Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini A.Güləliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.