İşçisini zorlayan  bələdiyyə sədri həbs olundu
31 oktyabr 2024 19:59 (UTC +04:00)

İşçisini zorlayan bələdiyyə sədri həbs olundu

Türkiyədə zorlamada ittiham olunan bələdiyyə sədri həbs olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, Zonquldak rayonu Gülüç kənd bələdiyyəsinin sədri 51 yaşlı Gökhan Mustafa Demirtaş işçisi 32 yaşlı Duyğu K-ya qarşı cinsi təcavüzdə ittiham olunub. Onun barəsində Ereğli məhkəməsinin qərarı ilə 3 il 11 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə qərarı seçilib.

Sədrin vəkilləri qərar etiraz edərək apellyasiya şikayəti verib. Demirtaş barəsində səslənən ittihamların siyasi motivli olduğunu iddia edib. Lakin məhkəmə onların şikayətini rədd edib və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Nəticədə bələdiyyə sədri Eskişehirdə polis tərəfindən saxlanılaraq, cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Qeyd edək ki, Gökhan Mustafa Demirtaş bu il martın 31-də yenidən Gülüç kəndinin bələdiyyə sədri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 31428
avatar

Oxşar yazılar