İraqda həbs olunan qadınlar Azərbaycana gətirildi
01 iyun 2023 17:54 (UTC +04:00)

İraqda həbs olunan qadınlar Azərbaycana gətirildi

Azərbaycan Respublikasının hökuməti tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi, habelə ölkəmizin aidiyyəti dövlət qurumlarının mərhələli və koordinasiyalı tədbirləri nəticəsində, İraq Respublikasında məhbus həyatı sürmüş və hazırda cəza müddəti bitmiş 3 nəfər qadın Azərbaycan Respublikası vətəndaşı ölkəmizə gətirilib.

XİN-dən Lent.az-a verilən xəbərə görə, növbəti mərhələdə daha 2 nəfər cəza müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəmizə gətirilməsi nəzərdə tutulur.

Hazırda, İraq Respublikasında həbsdə saxlanılan Azərbaycan Respublikasının qadın vətəndaşlarının mərhələli şəkildə ölkəmizə gətirilməsi istiqamətində müvafiq işlər davam etdirilməkdədir. Bununla əlaqədar olaraq, İraq Respublikasının aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər ünvanlanıb.

Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində indiyə qədər sözügedən qadın vətəndaşlarımızın 288 nəfər övladı Azərbaycana artıq geri gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2964
avatar

Oxşar yazılar