Xalq təbabəti  ilə məşğul olan kişini və sevgilisini yandırdılar
01 oktyabr 2026 15:41 (UTC +04:00)

Xalq təbabəti ilə məşğul olan kişini və sevgilisini yandırdılar

0

Meksikada yerli icmanın sakinləri iki nəfəri cadugərlikdə ittiham edərək öldürüblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə sentyabrın 22-də Çyapas ştatının Las-Tasitas icmasında baş verib. Burada mayya xalqları qrupuna daxil olan tseltal xalqının nümayəndələri yaşayır.

Məlumata görə, kənd sakinləri 50 yaşlı Nikolas və onun Norma adlı sevgilisinə hücum ediblər. Nikolas xalq təbabəti və ənənəvi müalicə üsulları ilə məşğul olub. Versiyalardan birinə əsasən, onun müalicəsindən sonra vəziyyətlərinin pisləşdiyini düşünən bəzi şəxslər kişidən qisas almaq qərarına gəliblər.

Kişi və qadın kəndin mərkəzi meydanına gətirilərək, bir neçə saat döyülüblər. Daha sonra onların üzərinə benzin tökülərək od vurulub. Hadisənin şahidləri baş verənləri mobil telefonlarla çəkiblər.

Qalıqlar sonradan yol kənarında parça ilə örtülmüş vəziyyətdə aşkar edilib.

Hadisə ilə bağlı Çyapas ştatının prokurorluğu, o cümlədən yerli xalqlar üzrə ixtisaslaşmış prokurorluq əməkdaşları araşdırma aparır.

Məlumata görə, icma rəhbərləri cəsədlərin qalıqlarının ekspertiza üçün hüquq-mühafizə orqanlarına təhvil verilməsindən imtina ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar