Finlandiyada işsizlik səviyyəsi hələ də Avropa İttifaqında ən yüksək göstəricidir. Xarici jurnalistlər Eurostat məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, avqust ayında Finlandiyada işsizlik səviyyəsi 10 faizdən çox olub.
Siyahıda ikinci və üçüncü yerləri İspaniya ilə İsveç tutub. Ekspertlərin fikrincə, işsizliyin rekord həddə yüksəlməsi əmək bazarında gedən struktur dəyişiklikləri fonunda baş verib. Bu proses işə qəbul sahəsində böhrana səbəb olub.