Makleri öldürməkdə təqsirləndirilən taksi sürücüsünə 18 il HƏBS TƏLƏBİ
01 oktyabr 2026 11:19 (UTC +04:00)

Makleri öldürməkdə təqsirləndirilən taksi sürücüsünə 18 il HƏBS TƏLƏBİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Binə qəsəbəsində Səlim Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Maksim Əhmədovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə tərəfinin vəkili çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses oktyabrın 8-i saat 10:50-yə təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il aprelin 25-də saat 08 radələrində Bakının Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı Səlim Əliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Maksim Əhmədov cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, mərhum Səlim Əliyev Binə qəsəbəsində əmlak satışı üzrə vasitəçi, təqsirləndirilən Maksim Əhmədov isə manatlıq taksi sürücüsü işləyib. S. Əliyevin qəsəbədə əmlak satışı ilə bağlı ofisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar