Adi tualet kağızı suya düşdükdən sonra tez yumşalaraq xırda liflərə parçalanacaq şəkildə hazırlanır. Buna görə də kanalizasiya sistemi saz vəziyyətdə olan evlərdə az miqdarda tualet kağızını unitaza atmaq adətən problem yaratmır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bir dəfəyə çox miqdarda kağızı unitaza atmaq məsləhət deyil.
Hətta suda yaxşı parçalanan materialın da tam dağılması üçün müəyyən vaxt lazımdır. Böyük kağız topası borunun əyilmiş hissəsində ilişə və ya borunun divarlarında toplanmış çöküntülərə yapışa bilər.
Tualet kağızının suda nə qədər tez parçalandığını ev şəraitində də yoxlamaq mümkündür. Bunun üçün bir neçə kağız parçasını su ilə dolu bankaya qoymaq, qapağını bağlamaq və bir neçə dəfə çalxalamaq kifayətdir.
Əgər kağız tez bir zamanda xırda hissələrə parçalanırsa, unitaza atılmaq üçün daha uyğun hesab edilə bilər. Əgər vərəqlər uzun müddət demək olar ki, bütöv qalır və sıx kütlə əmələ gətirirsə, xüsusilə köhnə borular olan evlərdə belə kağızdan ehtiyatla istifadə etmək lazımdır.
Adi tualet kağızını kanalizasiya sistemi saz olduqda az miqdarda unitaza atmaq mümkündür. Nəm salfetlər, kağız dəsmallar və gigiyena vasitələri isə dərhal zibil qutusuna atılmalıdır.
Əgər suyun əvvəlkindən daha yavaş getdiyini hiss etmisinizsə, kanalizasiyanın tam tutulmasını gözləmək lazım deyil. Bu, sistemin yoxlanılması üçün bir siqnaldır.
Beləliklə, “tualet kağızını unitaza atmaq olarmı?” sualının cavabı əksər hallarda müsbətdir. Lakin bunun üçün kanalizasiya sistemi saz olmalı və kağız az miqdarda istifadə edilməlidir. Borular köhnədirsə, su zəif axırsa və ya septik sistemdən istifadə olunursa, konkret sistemin xüsusiyyətlərini nəzərə almaq lazımdır.