Sərhəddə saxlanılanlar
24 dekabr 2021 16:59 (UTC +04:00)

Sərhəddə saxlanılanlar

İranla sərhəddə ƏMƏLİYYAT: Külli miqdarda narkotiki atıb qaçanda...

0

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, dekabrın 23-də saat 3:10-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonu, Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu “Nissan Maxima” markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağ­lama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılıblar. Onların üzərlərinə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 300 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb. Avtomobilə baxış zamanı sağ qapı­nın saxlanc yerində bir ədəd xırda bükümdə narkotik vasitəyə bənzər mari­xuana aşkarlanıb.

Saxlanılan şəxslərin Bakı şəhər sakini 24 yaşlı Ağayev Ceyhun Səfər oğlu və Beyləqan rayon sakini 22 yaşlı Misirli Əli Misir oğlu olmaları müəyyənləş­dirilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1633

Oxşar yazılar