Narkotik vasitələrin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a bildirilib ki, ölkəyə keçirilməsinə cəhd olunan maddələr 7 kiloqram 698 qram narkotik vasitə və 790 ədəd nakotik tərkibli həb olub.
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində isə 330 qram narotik vasitə marixuana və 790 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.