İrandan Azərbaycana 11 kilo narkotik  keçirilməsinin qarşısı alındı
20 iyun 2024 12:00 (UTC +04:00)

İrandan Azərbaycana 11 kilo narkotik keçirilməsinin qarşısı alındı

İyun ayının 18-də saat 15:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 350 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat məlumatında deyilir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2334
avatar

Oxşar yazılar