İran vətəndaşı azıb Azərbaycana keçdi - FOTO
11 fevral 2022 11:59 (UTC +04:00)

İran vətəndaşı azıb Azərbaycana keçdi - FOTO

Azərbaycana keçən İran vətəndaşı ölkəsinə qaytarılacaq.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, fevralın 10-da saat 13:20-də Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilmiş və sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı özünü 35 yaşlı Ocarudi Məsud Momen kimi təqdim edənin yolu azması nəticəsində dövlət sərhədini pozması müəyyən edilib.

Faktla bağlı müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb, qısa müddətdə həmin şəxsin İrana təhvil verilməsi nəzərdə tutulub.

Yolu azan iranlı

Yolu azan iranlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037
avatar

Mehman Nəbiyev

Oxşar yazılar