Polis Nəsimi rayonunda dələduzluq edən 2 nəfəri müəyyən edib.
Daxili işlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində 2 nəfərin pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxslərdən birini aldadaraq hesabına 2000 ABŞ dolları ödətdirməkdə şübhəli bilinən 32 yaşlı T.Rəhimli, digər şəxsin isə 3800 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 27 yaşlı M.Qarayev müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.