İnsanlara təhlükə yaradan 20-dən çox COVID xəstəsi saxlanıldı
10 fevral 2022 11:21 (UTC +04:00)

İnsanlara təhlükə yaradan 20-dən çox COVID xəstəsi saxlanıldı

Fevralın 9-da polis əməkdaşları respublika ərazisində 24 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkar edərək saxlayıb.

 Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları "COVID-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2025
avatar

Mehman Nəbiyev

Oxşar yazılar