İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən İmişli şəhər sakini, 1967-ci il təvəllüdlü Yaqubov Sarvan Sarab oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən İmişli Rayon Xəstəxanasına aprılıb və orada ölüb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.