İmişlidə azyaşlı su kanalında boğulub.
Lent.az xəbər verir ki, hadisə Qaralar kəndində baş verib.
4 yaşlı Həsənli Hüseyn Sahib oğlu kənd ərazisindən keçən su kanalına düşərək boğulub ölüb.
Faktla bağlı İmişli rayon Prokurorluğunda araşdırma aparılır.