Moskvanın cənub-qərbində yerləşən özəl klinikalardan birində həkim bir sıra xəstələrə qarşı saxtakarlıqda şübhəli bilinir.
Lent.az-ın xarici mediyaya istinadən verdiyi məlumata görə, o, xaricdən bahalı dərmanlar almaq üçün onlardan pul alıb, lakin pulu qaytarmayıb.
Leninski prospektində yerləşən özəl klinikanın iki müştərisi polisə müraciət edib. Zərərçəkənlər bildiriblər ki, onları müalicə edən qastroenteroloq ağır xəstələrə nadir dərman preparatlarının alınmasına köməklik etməyi təklif edib. Daha sonra pulu faizlə qaytaracağına söz verib.
Bir halda həkim müştəridən 655 min rubl (7 min dollardan çox), digərində isə bir yarım milyon rubl (11 min dollar) istəyib. Üstəlik, həkim dərmanları müxtəlif ölkələrdə sifariş etmək lazım olduğunu iddia etdiyi üçün, məbləğ daim dəyişirb. Xəstələr nə pulu, nə də vəd olunan faizi gözləməyib, bundan sonra polisə müraciət ediblər.
Faktla bağlı cinayət işi açılıb.