Hacıqabulda "avtoşluq" edən sürücü həbs edildi - FOTO
22 aprel 2024 08:06 (UTC +04:00)

Hacıqabulda "avtoşluq" edən sürücü həbs edildi - FOTO

Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün "saxla" işarəsi verilib.

Lakin sürücü, Şirvan şəhər sakini Cavid Babayev tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb.

Sonuncu yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sənədlərinin, eləcə də sürücülük hüququnun olmaması müəyyən edilib.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə C.Babayev 30 sutka inzibati qaydada həbs edilib.

# 1671
avatar

Oxşar yazılar

İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00
Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

18 may 2024 , 11:42