Gürcüstandan "Prius"  gətirmək istəyənin başına OYUN GƏLDİ
13 iyun 2023 16:56 (UTC +04:00)

Gürcüstandan "Prius" gətirmək istəyənin başına OYUN GƏLDİ

Bakıda avtomobil almaq istəyən şəxsə qarşı dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, Qəhrəmanov Vüsal Vəzir oğlu barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb. İş üzrə R. Bayramzadə zərərçəkmiş qismində tanınıb.

Məlumata görə, V. Qəhrəmanov Gürcüstandan “Toyota Prius” markalı avtomobil gətirmək istəyən R. Bayramzadəyə kömək edəcəyini deyib. Bu məqsədlə o, zərərçəkmişdən 8000 manat pul alıb.

Ancaq sonradan verdiyi sözə əməl etməyib. Aldadıldığını görən R. Bayramzadə hüquq-mühafizə orqanlarına üz tutub.

V. Qəhrəmanov barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Cinayət işinin məhkəmə istintaqı davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4074
avatar

Mehman Nəbiyev

Oxşar yazılar