Göygöldə evakuator piyadanı vurub  öldürdü
19 aprel 2025 22:16 (UTC +04:00)

Göygöldə evakuator piyadanı vurub öldürdü

Göygöldə evakuatorun vurub öldürdüyü piyadanın kimliyi məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirən piyada Daşkəsən rayonunun Xoşbulaq kəndində qeydiyyatda olan, 66 yaşlı  M. Abdullayevdir.

***

21:50

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Hərəkətdə olan evakuator yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1750

Oxşar yazılar