Göygöldə yas-yasa qarışıb.
Lent.az xəbər verir ki, Göygöl rayonu Balçılı kəndinin ərazisində yerləşən qəbristanlıqda dəfn mərasiminə qatılan, kənd sakini 1957-ci il təvəllüdlü Nürəddin Cəfərqulu oğlu Xəlilov qəfil ölüb. Onun təzyiqdən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.