Giləmeyvə yığmağa gedən pensiyaçıya təcavüz edilib.
Lent.az Rusiya mediyasına istinadən xəbər verir ki, Krasnoyarskda təqaüdçünü zorlayan 39 yaşlı rusiyalı axtarışa verilib.
Məlumata görə, cinayətkar və zərərçəkmiş kəndə giləmeyvə yığmaq üçün gediblər. Lakin onlar qəbiristanlığın yaxınlığına çatanda kişi qadına hücum edib və onu bıçaqla hədələyərək zorlayıb.
Polis sakinlərə müraciət edərək təhlükəli cinayətkarın tutulmasına köməklik göstərilməsini xahiş edib.