Gəncədə qətl hadisə baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “2705” dairəsi adlanan ərazisində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü M. Musayev bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, həkimlərin yardımlarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 66 yaşlı Nizami İskəndərov saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.