Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.
Şöbə əməkdaşları dərhal obyektin fəaliyyəti dayandırıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən M.Qasımov və orada olan 6 nəfər inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Qaydaları pozan şəxslərlə bir daha profilaktiki söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.