Evlərdən 22 min manatdan çox oğurluq etdi
18 yanvar 2021 13:21 (UTC +04:00)

Evlərdən 22 min manatdan çox oğurluq etdi

Abşeronda evlərdən oğurluq edilib.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, rayon ərazisindəki 2 evdən ümumilikdə 8515 manat pul, 12.655 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində mobil telefon oğurlanıb.

Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Qəmbərov saxlanılıb.

# 1320
avatar

Mehman Nəbiyev

Oxşar yazılar