Rusiyanın Orenburq şəhərində 49 yaşlı kişi evini partladıb.
Lent.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, Kuvandika qəsəbə sakini bu gün səhər saatlarında küstar üsulla hazırlanan partlayıcı maddə ilə evə gələrək, partlayış törədib. Nəticədə arvadı, uşağı və qayınanası ağır xəsarətlərlə şəhər xəstəxanasına yerləşdirilib.
Onun bu hadisəni hansı səbəbdən törətdiyi məlum deyil. Hazırda araşdırma aparılır.
Partlayış olan ev