Ermənistanda evdən hərbçinin meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Vanadzor şəhərinin Qaregin Njde küçəsində qeydə alınıb. Sözügedən evin hamamında polis və patrul xidmətinin əməkdaşları 31 yaşlı Aramais Z-nin meyitini aşkar ediblər.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
İlkin məlumata görə, ölümə səbəb dəm qazı olub.
Mənbənin sözlərinə görə, mərhum ER Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bölük komandirinin müavini vəzifəsində xidmət edib.
Hadisə ilə bağlı Lori rayonunun İstintaq şöbəsi cinayət işi açılıb, araşdırma aparılır.