Ermənilər Naxçıvanı atəşə tutdu:  HƏRBÇİMİZ YARALANDI
14 iyul 2021 12:51 (UTC +04:00)

Ermənilər Naxçıvanı atəşə tutdu: HƏRBÇİMİZ YARALANDI

İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7251
avatar

Oxşar yazılar