Əri sevgisindən arvadını boğub öldürdü:  Ümidsizlik hekayəsi
02 dekabr 2024 20:15 (UTC +04:00)

Əri sevgisindən arvadını boğub öldürdü: Ümidsizlik hekayəsi

Britaniyalı cütlük Devid və Cenis Perrisin hekayəsi əxlaqi və hüquqi məsələlərin bir-birinə sıx bağlı olduğu faciəli sevgi və ümidsizlik nümunəsidir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qan xərçənginin sağalmaz növündən əziyyət çəkən həyat yoldaşının istəyini yerinə yetirən Devid 18 ay həbsdə yatıb. Cenis ərinə yalvarıb ki, daha çox əzab çəkməmək üçün öz həyatına son qoymağa kömək etsin və o, sonda onun xahişini qəbul edib.

2021-ci ildə, bu söhbətlərdən bir neçə həftə sonra Devid Cenisi Kiprdəki evində boğub. Məhkəmədə o, göz yaşları içində onun daha əzab çəkdiyini görə bilmədiyini deyib və bunun onun şüurlu qərarı olduğunu vurğulayıb. Kişi arvadının fikrini dəyişəcəyinə ümid edərək uzun müddət imtina etməyə çalışdığını, lakin sonunda sevgi və şəfqətlə təslim olduğunu iddia edib.

Məhkəmə Devidi adam öldürmədə təqsirli bilib. 

Həbsxanada yatdıqdan sonra o, azadlığa buraxılsa da, ittiham hökmündən prokurorlar etiraz etməkdə davam edir. Devidin qızı Lesli Koutorn deyib ki, Böyük Britaniyada yardımla ölməyə icazə verən qanunlar olsaydı, faciənin qarşısı alına bilərdi. O qeyd edib ki, atası digər ailələrin də oxşar vəziyyətə düşməməsi üçün qanunun dəyişəcəyinə ümid edir. Onun sözlərinə görə, anasının iztirabını dərmanla aradan qaldırmaq mümkün deyildi - o, yalnız ləyaqətlə getmək istəyirdi.

Devid indi Böyük Britaniyaya qayıtsa, həyat yoldaşının dəfn olunduğu adaya qayıda bilməyəcəyindən ehtiyat edərək Kiprdə yaşamağa davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720
avatar

Oxşar yazılar