Əlində iPhone ilə çimən qadını “tok” vurub  öldürdü
05 oktyabr 2025 19:55 (UTC +04:00)

Əlində iPhone ilə çimən qadını “tok” vurub öldürdü

0

Ölənin əri müasir smartfonların suya davamlılığını göstərən reklamlara qəzəbləndiyini bildirib.

İrlandiyanın paytaxtı Dublin şəhərində 46 yaşlı Enn-Mari O'Qorman faciəvi şəkildə ölüb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, üç uşaq anası çimərkən elektrik cərəyanı vurub. O, şarj cihazına qoşulmuş “iPhone”u əlində saxlayırmış.

Ölmüş arvadını əri aşkarlayıb. O, elektrik cərəyanını hiss edərək Enn-Marini sudan çıxarmağa çalışdığını deyib. Co “iPhone”u arvadının əlində və kabelini suda görüb.

Tibbi ekspertiza ölümün səbəbinin elektrik cərəyanı olduğunu təsdiqləyib. Mütəxəssislər mərhumun döş qəfəsinin və sol qolunun yanıqlarını sənədləşdiriblər. Onların sözlərinə görə, üç uşaq anasının ölümünə digər sağlamlıq problemlərinin də təsir etdiyinə dair heç bir əlamət yoxdur. Narkotik və alkoqol üçün toksikoloji testlər də mənfi olub.

Enn-Marinin ölüm səbəbinin hamamda olarkən şarj kabeli və telefondan aldığı elektrik şoku olduğu müəyyən edilib.

Məhkəmə məsləhətçisi mühəndis Pol Kollinz məhkəməyə, ehtimal ki, qadının telefonunun suya düşdüyünü söyləyib. Onu tutmağa çalışarkən, sağ barmağı duş başlığına toxunub və elektrik cərəyanına səbəb olub.

"Bunu söyləmək qəribədir, amma əlini vannadan çıxarmasaydı, bəlkə də sağ olardı", - o deyib.

O'Qorman müasir smartfonların suya davamlı olduğunu iddia edən reklamlara qəzəbləndiyini bildirib. O hesab edir ki, bu, istifadəçilərdə telefonun su yaxınlığında istifadə üçün təhlükəsiz olduğu barədə yanlış təəssürat yaradır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar