Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində əməliyyat keçirib.
Lent.az-ın əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir. Onların arasında ETSN-in Meşələrin İnkişafı Departamentinin rəhbəri Sadiq Salmanov, Zaqatala regional mərkəzinin direktoru Rəşad Mahmudov və onun müavini İlqar Davudovun da adı hallanır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a belə bir əməliyyatın keçirildiyi təsdiqlənib.
Qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.