Drift edən sürücüyə 2500 manata yaxın  cərimə yazıldı
05 avqust 2024 22:17 (UTC +04:00)

Drift edən sürücüyə 2500 manata yaxın cərimə yazıldı

Ankarada küçənin ortasında drift edən avtomobilin sürücüsü 47542 TL (2424 AZN) cərimə olunub.

Lent.az xəbər verir ki, polis tərəfindən saxlanılan sürücünün sürücülük vəsiqəsi də 2 ay müddətinə ləğv edilib.

Mılumata görə dünın yerli vaxtla saat 12:30 radələrindən Ankara Baş Polis İdarəsinə məlumat daxil olub. Məlumatda qara nömrəsin bir avtomobilin Çankaya bölgəsində drift etdiyi bildirilib.

Polis qrupları ərazidəki bir nəfərin mobil telefonunun kamerası ilə qeydə aldığı görüntülərdən avtomobili müəyyən ediblər. Daha sonra dərhal hərəkətə keçən polis avtomobilin sahibini saxlayaraq ona inzibati cərimə tətbiq edib.

Bundan əlavə, istismarı qadağan edilən nəqliyyat vasitəsi evakuatorla dayanacağa aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1902
avatar

Oxşar yazılar