Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyənlər saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 20-də saat 1:20-də Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstandan Azərbaycan istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, ərazi qapadılıb və dövlət sərhədini pozmuş 1-i azyaşlı olmaqla, 2 nəfər Azərbaycan vətəndaşları saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin Ağstafa rayonu Poylu Kənd sakini 19 yaşlı Mirzəyev Aqid Murad oğlu və Yevlax şəhər sakini 4 yaşlı Bukavadze Şahin Roman oğlu olduğu məlum olub.
Fakt üzrə araşdırma tədbirləri dаvаm еtdirilir.