Moskvada dördüncü mərtəbədən yıxılaraq eyvanda asılı qalan adam xilas edilib.
Lent.az xarici mediyaya istinadən bildirir ki, Filevski Parkı ərazisində yaşlı kişi şüşəli eyvanın pəncərəsinin üstündən yıxılaraq asılı vəziyətdə qalıb.
Hadisə şahidləri xilasediciləri çağırıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təqaüdçünü otağa sürükləməyə nail olublar. Yaşlı kişinin bu vəziyyətə necə düşdüyü hələ məlum deyil.
Araşdırma aparılır.